Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Dünya Kubokunda 44 ölkədən 217 idmançı iştirak edəcək

Azərbaycanda ilk dəfə keçiriləcək üzgüçülük üzrə “İpək Yolu” (The Silk Road Tour) Dünya Kubokunun “Bakı 2026” mərhələsinə 44 ölkədən 217 idmançı qeydiyyatdan keçib. Bu göstərici yarışın Bakı mərhələsinə beynəlxalq marağın yüksək olduğunu əks etdirir.

Su İdmanı Sarayında baş tutacaq yarışda idmançılar 25 metrlik qısa su hovuzunda müxtəlif məsafələr üzrə medallar uğrunda mübarizə aparacaqlar. İştirakçılar arasında Kemeron Makevoy, Hayyan Sin və Yitinq Yu kimi beynəlxalq arenada tanınmış üzgüçülər də yer alacaq.

Turnir oktyabr ayının 1-3 ərzində keçiriləcək. Səhər sessiyaları 10:00-da, axşam sessiyaları (həlledici mərhələ) isə 19:00-da başlanacaq. Bakı mərhələsinin rəsmi açılış mərasimi 1 oktyabr saat 18:30-da start götürəcək. Biletləri iTicket.az platforması və şəhərin satış kassalarından əldə etmək mümkündür.

Comments are closed