Üzgüçülük üzrə milli komandamızın üzvləri 25 metrlik qısa su hovuzunda keçiriləcək Dünya Çempionatında iştirak etmək üçün Çinin Pekin şəhərinə yola düşüblər.
Yarışda ölkəmizi Süleyman İsmayılzadə və Yeqor Maynitski təmsil edəcəklər. Onları üzgüçülük üzrə milli komandanın baş məşqçisi Luka Qabrilo müşayiət edir.
Qeyd edək ki, Pekində keçiriləcək yarışda 200-dən çox ölkədən 1000-ə yaxın üzgüçünün iştirak etməsi gözlənilir.





Comments are closed