Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Su polosu hakimlərinin nəzərinə!

Azərbaycan Üzgüçülük Federasiyası (ASF) ölkəmizdə su polosunun inkişafı və yarışların idarə olunmasında vahid standartların tətbiqi, eləcə də hakimlik fəaliyyətinin beynəlxalq tələblərə uyğunlaşdırılması məqsədilə su polosu hakimlərinin sertifikasiya proqramına start verir.

Proqramın əsas məqsədi hakimlərin nəzəri biliklərini, praktiki bacarıqlarını və oyun qaydalarının tətbiqetmə səviyyəsinin qiymətləndirilməsi, həmçinin onların peşəkar hazırlığının artırılmasıdır.

Sertifikasiya proqramı çərçivəsində aşağıdakı istiqamətlər əhatə olunacaq:

– Beynəlxalq su polosu oyun qaydaları

– Hakimlərin səlahiyyətləri və məsuliyyətləri

– Oyun zamanı qərarların düzgün və operativ qəbul edilməsi

– Fərdi və komanda qayda pozuntularının qiymətləndirilməsi

– VAR və video təkrar sistemlərinin tətbiqi (mövcud olduğu hallarda)

– Oyun protokollarının aparılması və yarışların idarə edilməsi

– Beynəlxalq hakimlik standartları və etik davranış qaydaları

Sertifikasiya mərhələlərini uğurla başa vuran iştirakçılara müvafiq sertifikatlar təqdim ediləcək.

Gələcəkdə ASF tərəfindən hakimlərin rəsmi qeydiyyatının, təsnifatının və yerli və beynəlxalq yarışlara təyinatının vahid meyarlar əsasında həyata keçirilməsi nəzərdə tutulur.

Kursların keçirilmə tarixləri: 3-4 və 17-18 dekabr 2026-cı il.

Məkan: Bakı Su İdmanı Sarayı.

Qeydiyyat şərtləri: sertifikasiya proqramında iştirak etmək istəyən şəxslərin qeydiyyatı yalnız çalışdıqları müəssisə və ya təşkilatdan iş yerini təsdiq edən rəsmi arayış təqdim etdikləri halda qəbul ediləcək. Arayış təqdim etməyən şəxslərin qeydiyyatı həyata keçirilməyəcək.

Qeydiyyat üçün link:

https://forms.gle/PaHg8Hoq1a8VDN3C6

Comments are closed