Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

ASF beynəlxalq əlaqələrini genişləndirir

Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev beynəlxalq əlaqələr üzrə menecer Tamerlan Hüseynov ilə birlikdə Buxarest şəhərində Rumıniya Üzgüçülük və Müasir Pentatlon Federasiyasının prezidenti Kameliya Alina Potets və Rumıniyanın üzgüçülük üzrə milli komandasının baş məşqçisi Silviu Anastase ilə görüş keçiriblər.

Görüşdə federasiyaların müxtəlif fəaliyyət istiqamətləri, hədəf və məqsədlər, habelə marketinq və sponsorluq sahələri üzrə planlaşdırılan işləri müzakirə edilib. Eyni zamanda, federasiyalar arasında mümkün tərəfdaşlıq imkanları və gələcək inkişaf istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.

Ötən ay Bakıda ASF-in prezidenti Zaur Əliyev Avropa Su İdmanı Növləri Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva ilə görüşmüşdü, həmçinin baş katib Oqtay Atayevin Ankarada Türkiyə Üzgüçülük Federasiyasının prezidenti Erkan Yalçın və baş katibi Seçkin Renklibay ilə görüşləri baş tutmuşdur.

Qeyd edək ki, Erkan Yalçın həm də EA-in vitse-prezidenti, Kameliya Alina Potets isə büro üzvüdür.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *