Bakı Su İdmanı Sarayında suya tullanma üzrə “Gələcəyə Doğru” turniri keçirilib. Yarışda 32 yeniyetmə idmançı 5 qrupda mübarizə aparıb. Məqsəd suya tullanma idman növünə marağın artırılması və ilk dəfə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının formalaşmasıdır.
Turnirdə Rusiya Milli Olimpiya Komitəsinin baş katibinin müavini Nelli Filippova və Rusiya Suya Tullanma Federasiyasının vitse-prezidenti və beynəlxalq dərəcəli hakim Eduard Feoktistov qonaq qismində iştirak ediblər.






















