Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Pirallahıda açıq suda üzgüçülük üzrə “Dalğadan Güclü” yarışı keçirilib

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Bakı Şəhər Halqası Əməliyyat Şirkəti, Azərbaycan Triatlon Federasiyası və “Triterra” klubunun dəstəyiilə 8 iyun tarixində Pirallahı qəsəbəsində “Masters” kateqoriyasında (25 yaşdan yuxarı) açıq suda üzgüçülük üzrə 500 metr məsafədə “Dalğadan Güclü” adlı yarış keçirilib.

Yarışda 25-dən 68 yaşadək 30-dan çox kişi və qadın idmançı mübarizə aparıb. İştirakçılar arasında ASF-in vitse-prezidenti Dəyanət Sədullayev də yer alıb. Kişilərdən Zaur Arkanya qızıl, Roman Vladıka gümüş, Pyotr Kuvşınov isə bürünc medala layiq görülüb. Qadınlar arasında ilk üçlüyə Yelena Timçenko, Valeriya Mixaylova və Tubu Əbdülzadə yüksəlib.

Qaliblərə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən medallar, diplomlar və hədiyyələr təqdim edilib. Məsafəni uğurla qət edən bütün idmançılar isə simvolik medallar və iştirak sertifikatlarıyla təltif edilib.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *