Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) nutrisioloqu İlqar Şamilov tərəfindən üzgüçülük üzrə milli komandanın üzvləri və onların valideynləri üçün maarifləndirici seminar keçirilib.
Sağlam qidalanma vərdişlərinin aşılanması yolu ilə idman nəticələrinin yaxşılaşdırılması mövzusuna həsr edilmiş seminarda düzgün qidalanmanın idmançının göstəricilərinə təsiri, bərpa prosesinin effektiv təşkili və enerji balansının qorunmasının əhəmiyyətinə dair ətraflı məlumat təqdim olunub.
Seminarda iştirakçıları maraqlandıran məsələlər müzakirə olunub, onların sualları cavablandırılıb. ASF tərəfindən mütəmadi olaraq təşkil olunan bu cür tədbirlər idmançıların sağlam inkişafına mühüm töhfə verir.








Comments are closed