Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) vitse-prezidenti Jalə Əhmədova suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komanda və bədii üzgüçülük ilə məşğul idmançılarla görüşüb.
Bakı Su İdmanı Sarayında baş tutmuş görüşdə məşqçi heyəti və üzgüçülərlə fikir mübadiləsi aparılıb, mövcud vəziyyət, görülmüş və görüləcək işlər müzakirə olunub.
Qeyd edək ki, cari aydan etibarən Su İdmanı Sarayında bədii üzgüçülük üzrə məşqlər Rusiyalı mütəxəssis Yekaterina Matviyenko tərəfindən keçirilir.










Comments are closed