Almaniyada keçirilən 18 yaşadək üzgüçülər arasında Avropa Çempionatının ilk iki günü ərzində gənc idmançılarımız 4 şəxsi rekord yeniləyiblər və 1 finala vəsiqə qazanıblar.
Oğlanlar arasında 50 metr bras üsulu – Yeqor Maynitski
Avropa Çempionatındakı nəticəsi: 30.37
Öncəki ən yaxşı nəticəsi: 30.82
Qızlar arasında 50 metr sərbəst üsul – Məryəm Cavadova
Avropa Çempionatındakı nəticəsi: 27.66
Öncəki ən yaxşı nəticəsi: 28.75
Oğlanlar arasında 200 metr qarışıq üsul – Yeqor Maynitski
Avropa Çempionatındakı nəticəsi: 2.07.55
Öncəki ən yaxşı nəticəsi: 2.08.66
Oğlanlar arasında 1500 metr sərbəst üsul – Fərhad Şirməmmədli
Avropa Çempionatındakı nəticəsi: 16.12.25
Öncəki ən yaxşı nəticəsi: 16.34.53
Həmin kateqoriyada Süleyman İsmayılzadə 15.37.48 nəticə ilə sabah baş tutacaq finala yüksəlib.
Qeyd edək ki, yarış 7-12 iyul tarixlərində Münhen şəhərində keçirilir. Milli komandamız turnirdə 7 idmançıyla təmsil olunur: Anastasiya Qnusina (14 yaş), Fərhad Şirməmmədli (15 yaş), Mehri Əbdürəhmanlı (15 yaş), Məryəm Cavadova (14 yaş), Oqtay Hüseynov (16 yaş), Süleyman İsmayılzadə (17 yaş), Yeqor Maynitski (16 yaş). Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Rəşad Əliyev, Ruslan Hətəmxanov.




Comments are closed