Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

ASF-nin baş katibi Belarusda səfərdə olub

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşəbbüsü ilə idmanın inkişafı, idman infrastrukturunun idarə olunması və idman ehtiyatlarının hazırlanması sahələrində təcrübənin öyrənilməsi məqsədilə Azərbaycan idman nümayəndə heyəti Belarus Respublikasında işgüzar səfərdə olub.

Heyətin tərkibində nazirliyin əməkdaşları, idman federasiyalarının nümayəndələri, olimpiya idman komplekslərinin rəhbərləri və digər aidiyyəti qurumların təmsilçiləri yer alıblar. Səfərdə Azərbaycan Üzgüçülük Federasiyasının baş katibi Oqtay Atayev də iştirak edib.

Nümayəndə heyəti Belarusun əsas idman qurğuları və müəssisələrinin fəaliyyəti ilə yaxından tanış olub, aşağıdakı məkanları ziyarət ediblər:

  • Tennis üzrə Respublika Olimpiya Hazırlığı Mərkəzi
  • Dövlət Mədəniyyət və İdman Müəssisəsi
  • Belarus Dövlət Bədən Tərbiyəsi Universiteti
  • Respublika Elmi-Praktiki İdman Mərkəzi
  • Bədii Gimnastika üzrə Respublika Olimpiya Hazırlığı Mərkəzi
  • Avarçəkmə İdman Növləri üzrə Respublika Olimpiya Hazırlığı Mərkəzi
  • Atçılıq İdmanı və Atçılıq Təsərrüfatı üzrə Respublika Olimpiya Hazırlığı Mərkəzi
  • Üzgüçülük Mərkəzi
  • Milli Futbol Stadionu
  • “Dinamo” Milli Olimpiya Stadionu
  • “Stayki” Respublika Olimpiya Hazırlığı Mərkəzi
  • “Minsk-Arena” Çoxprofilli Mədəniyyət və İdman Kompleksi
  • “Çijovka-Arena” Mədəniyyət və İdman müəssisəsi

Səfər çərçivəsində Belarus Respublikasının idman və turizm nazirinin müavini Aleksandr Baraulya ilə ikitərəfli görüş baş tutub.

Azərbaycan Respublikasının Belarus Respublikasındakı Səfirliyində səfir Məhərrəm Əliyevin nümayəndə heyəti ilə görüşü keçirilib.

ASF-nin baş katibi Oqtay Atayev həmçinin Belarus Üzgüçülük Federasiyasının sədri Olqa Stepus, sədr müavini, milli komandanın baş məşqçisi Andrey Lipnitski və baş katib Timofey Skoroxodov ilə, habelə Belarus Bədii Üzgüçülük Federasiyasının sədr köməkçisi, milli komanda inzibatçısı və böyük məşqçisi Marina Roynik ilə görüşlər keçirib.

Comments are closed