Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Finalda daha yüksək nəticə

Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvü Süleyman İsmayılzadə U-18 Avropa Çempionatının finalında çıxış edib.

İdmançımız sərbəst üsulla 1500 metr məsafə yarışında 15:35.82 nəticə ilə 6-cı yeri tutub. Ötən il keçirilmiş çempionatda o, eyni məsafəni 7-ci pillədə başa vurmuşdu.

Qeyd edək ki, turnir 7-12 iyul tarixlərində Münhen şəhərində keçirilir. Almaniyada milli komandamız 7 idmançıyla təmsil olunur: Anastasiya Qnusina (14 yaş), Fərhad Şirməmmədli (15 yaş), Mehri Əbdürəhmanlı (15 yaş), Məryəm Cavadova (14 yaş), Oqtay Hüseynov (16 yaş), Süleyman İsmayılzadə (17 yaş), Yeqor Maynitski (16 yaş). Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Rəşad Əliyev, Ruslan Hətəmxanov.

Comments are closed