Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) baş katibi Almaniyada baş tutmuş üzgüçülük üzrə Avropa Çempionatı (U-18) zamanı bir neçə görüş keçirib.
Münhendə Oqtay Atayev Avropa Su İdmanı Federasiyasının (European Aquatics) prezidenti Antonio Silva və EA vitse-prezidenti, Türkiyə Üzgüçülük Federasiyasının prezidenti Erkan Yalçın, həmçinin Almaniya Üzgüçülük Federasiyasının CEO-su Yan Pommer və Belarus Üzgüçülük Federasiyasının baş katibi Timofey Skoroxodov ilə görüşüb. Qitə birinciliyinin gedişatı və nəticələr, üzgüçülüyün inkişafı ilə bağlı aparılan işlər, eləcə də beynəlxalq əməkdaşlıq və birgə layihələr müzakirə olunub.




Comments are closed