Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

AÇ U-18: yekun nəticələr

Almaniyada keçirilmiş 18 yaşadək üzgüçülər arasında Avropa Çempionatı başa çatıb. Yarışda iştirak etmiş idmançılarımız öncəki ən yüksək nəticələrini yeniləməyə nail olublar.

Üzgüçülərimizin nəticələri:

Oğlanlar arasında 50 metr bras üsulu – Yeqor Maynitski
⁠Avropa Çempionatındakı nəticəsi: 30.37
Öncəki ən yaxşı nəticəsi: 30.82

Qızlar arasında 50 metr sərbəst üsul – Məryəm Cavadova
⁠Avropa Çempionatındakı nəticəsi: 27.66
Öncəki ən yaxşı nəticəsi: 28.75

Qızlar arasında 100 metr sərbəst üsul – Məryəm Cavadova
Avropa Çempionatındakı nəticəsi: 59.18
Öncəki ən yaxşı nəticəsi: 1.00.31

Oğlanlar arasında 200 metr qarışıq üsul – Yeqor Maynitski
⁠Avropa Çempionatındakı nəticəsi: 2.07.55
Öncəki ən yaxşı nəticəsi: 2.08.66

Oğlanlar arasında 200 metr qarışıq üsul – Oqtay Hüseynov
⁠Avropa Çempionatındakı nəticəsi: 2.09.41
Öncəki ən yaxşı nəticəsi: 2.10.98

Qızlar arasında 400 metr sərbəst üsul – Anastasiya Qnusina
Avropa Çempionatındakı nəticəsi: 4.33.74
Öncəki ən yaxşı nəticəsi: 4.38.54

Oğlanlar arasında 400 metr qarışıq üsul – Yeqor Maynitski
⁠Avropa Çempionatındakı nəticəsi: 4.34.48
Öncəki ən yaxşı nəticəsi: 4.43.61

Oğlanlar arasında 400 metr sərbəst üsul – Fərhad Şirməmmədli
⁠Avropa Çempionatındakı nəticəsi: 4.09.96
Öncəki ən yaxşı nəticəsi: 4.13.13

Qızlar arasında 800 metr qarışıq üsul – Anastasiya Qnusina
⁠Avropa Çempionatındakı nəticəsi: 9.27.88
Öncəki ən yaxşı nəticəsi: 9.31.88

Oğlanlar arasında 800 metr qarışıq üsul – Fərhad Şirməmmədli
⁠Avropa Çempionatındakı nəticəsi: 8.30.21
Öncəki ən yaxşı nəticəsi: 8.36.04

Oğlanlar arasında 1500 metr sərbəst üsul – Fərhad Şirməmmədli
⁠Avropa Çempionatındakı nəticəsi: 16.12.25
Öncəki ən yaxşı nəticəsi: 16.34.53

Həmin kateqoriyada Süleyman İsmayılzadə 15.37.48 nəticə ilə finala yüksəlib və 6-cı yeri tutub. Gənc üzgüçümüz keçən ilki Avropa Çempionatının finalında 7-ci yeri tutmuşdu.

Ümumiyyətlə, ötən il Slovakiyada keçirilmiş Avropa Çempionatında üzgüçülərimiz 5 şəxsi rekord yeniləyiblər, bu il isə 11.

Qeyd edək ki, yarış 7-12 iyul tarixlərində Münhen şəhərində keçirilib. Milli komandamız turnirdə 7 idmançıyla təmsil olunub: Anastasiya Qnusina (14 yaş), Fərhad Şirməmmədli (15 yaş), Mehri Əbdürəhmanlı (15 yaş), Məryəm Cavadova (14 yaş), Oqtay Hüseynov (16 yaş), Süleyman İsmayılzadə (17 yaş), Yeqor Maynitski (16 yaş). Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Rəşad Əliyev, Ruslan Hətəmxanov.

Comments are closed