Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

AMADA-nın keçirdiyi təlimdə ASF də təmsil olunub

Azərbaycan Milli Antidopinq Agentliyi (AMADA) regionda ilk dəfə “Antidopinq sahəsində sertifikatlı təlimçilərin hazırlanması” proqramına start verib.

Müxtəlif idman federasiyaları və təşkilatlarını təmsil edən 32 iştirakçının cəlb olunduğu proqramın məqsədi antidopinq sahəsində daxili ekspert resurslarının formalaşdırılmasını, institusional bilik və bacarıqların gücləndirilməsini, eləcə də əldə olunan antidopinq sahəsində biliklərin sistemli şəkildə daha geniş auditoriyaya çatdırılmasını təmin etməkdir. Proqram çərçivəsində Azərbaycan Üzgüçülük Federasiyasını (ASF) məşqçi Elvin Hüseynov təmsil edib.

Təlim hissəsi 3 qrup və antidopinq fəaliyyətinin əsas istiqamətlərini əhatə edən üç tematik modul və təqdimat bacarıqları üzrə keçirilib. İştirakçılar antidopinq sahəsində hüquqi çərçivə, testetmənin əsasları, tibbi aspektlər və təqdimat bacarıqları üzrə bilik və bacarıqlar əldə ediblər. Tədris materialları beynəlxalq antidopinq standartlarına uyğun hazırlanıb. Proqramın məzmunu isə 1 yanvar 2027-ci il tarixindən qüvvəyə minməsi nəzərdə tutulan yeni Ümumdünya Antidopinq Məcəlləsinin prinsip və tələbləri nəzərə alınmaqla formalaşdırılıb.

Açılış nitqində AMADA-nın İcraçı direktoru Təhminə Tağı-zadə proqramın əhəmiyyətini vurğulayaraq bildirib ki, beynəlxalq antidopinq təcrübəsində təhsil dopinqlə mübarizənin ən vacib istiqamətlərindən biri hesab olunur. Onun sözlərinə görə, antidopinq qayda pozuntularının qarşısının alınmasında ən effektiv vasitə maarifləndirmə və təhsildir, çünki davamlı profilaktik nəticələr yalnız sistemli təhsil fəaliyyəti ilə əldə edilə bilər.

Proqramın yekun mərhələsində iştirakçılar nəzəri biliklər və təqdimat bacarıqlarını əhatə edən kompleks attestasiyadan keçəcəklər. İmtahanı uğurla başa vuran iştirakçılara AMADA tərəfindən rəsmi birillik “Təlimçi sertifikatı” təqdim olunacaq. Sertifikat sahibi olan təlimçilər təmsil etdikləri idman təşkilatlarında antidopinq üzrə təlim və seminarlar keçirmək, həmçinin AMADA ilə əməkdaşlıq çərçivəsində maarifləndirici və tədris fəaliyyətlərini həyata keçirmək icazəsi əldə edəcəklər. Təlimlərin keyfiyyətinin və effektivliyinin təmin olunması məqsədilə Agentlik tərəfindən mütəmadi monitorinq tədbirləri həyata keçiriləcək.

Comments are closed