Azərbaycan idmançıları Gürcüstanda keçirilmiş üzgüçülük üzrə Kutaisi Açıq Yaz Kubokunda uğurlu çıxış edərək ümumilikdə 47 medal qazanıblar.
Yarışda ölkəmizi 8 üzgüçü təmsil edib: milli komandanın üzvləri Fərhad Şirməmmədli, Mehri Əbdürəhmanlı və Süleyman İsmayılzadə, eləcə də Anastasiya Qnusina, Arif Tapdıqov, Mehdi Muxtarlı, Safiya Səmədova və Yusif Sofiyev.
Süleyman İsmayılzadə ümumi kateqoriya üzrə, Fərhad Şirməmmədli isə 2010-cu il təvəllüdlü və daha kiçik yaş üzrə ən yaxşı nəticə göstərərək kuboka layiq görülüblər.
Həmçinin yarış Azərbaycan üzgüçüləri üçün rekord nəticələrlə də əlamətdar olub: Mehri Əbdürəhmanlı 50 metr arxasıüstə üzmə növündə 31.47 saniyə nəticə göstərərək Azərbaycan rekordunu yeniləyib, Süleyman İsmayılzadə isə 400 metr sərbəst üsulda 3:54.70 nəticə ilə yeni ölkə rekorduna imza atıb.
Medal qazanmış Azərbaycan üzgüçülərinin siyahısını diqqətinizə təqdim edirik:
- Anastasiya Qnusina – 7 qızıl, 4 gümüş
- Fərhad Şirməmmədli – 3 qızıl, 4 gümüş, 1 bürünc
- Süleyman İsmayılzadə – 3 qızıl, 1 gümüş, 1 bürünc
- Mehri Əbdürəhmanlı – 2 qızıl, 4 gümüş, 1 bürünc
- Safiya Səmədova – 2 qızıl, 3 gümüş, 1 bürünc
- Mehdi Muxtarlı – 1 qızıl, 1 gümüş, 1 bürünc
- Yusif Sofiyev – 2 gümüş, 4 bürünc
- Arif Tapdıqov – 1 bürünc













Comments are closed