Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) təşkilatçılığı ilə Gəncə İdman Sarayında üzgüçülük hakimləri üçün seminar keçirilir.
Seminar çərçivəsində iştirakçılar üzgüçülük qaydalarındakı son dəyişiklikləri, müasir hakimlik prinsiplərini və yarışların idarə olunması ilə bağlı aktual mövzuları müzakirə edirlər.
Təlim beynəlxalq səviyyəli mütəxəssis Vadim Axmadiyev tərəfindən aparılır.
Əldə olunan biliklər tək “Ganja Cup” deyil, habelə digər növbəti yarışlarda, o cümlədən Bakının ev sahibliyi edəcəyi Dünya Kubokunda yüksək standartlara uyğun hakimliyin təmin olunmasına töhfə verəcək.







Comments are closed