Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) vitse-prezidenti Jalə Əhmədova suya tullanma üzrə yeniyetmələrdən ibarət milli komandanın üzvləri ilə görüşüb.
Türkiyədəki təlim-məşq toplanışı, Bolqarıstanda keçirilmiş “Sofia Diving Cup”da qazanılan nəticələr, cari işlər və planlar müzakirə olunub.
Görüşdə həmçinin ASF-nin baş katibi Oqtay Atayev, suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandasının baş məşqçisi Anton Melnikov, məşqçi Angelina Melnikova və valideynlər iştirak edib, fikir mübadiləsi aparılıb.











Comments are closed