Bolqarıstanda keçirilən “Sofia Diving Cup” yarışında iştirak etmiş suya tullanma üzrə yeniyetmələrdən ibarət Azərbaycan milli komandası uğurlu çıxışla yadda qalıb.
Təmsilçilərimiz Sofiya şəhərində ümumilikdə 4 medal (3 gümüş və 1 bürünc) qazanıb:
Maqsud Tahirli
C qrupu, oğlanlar, 1 metr tramplindən tullanma
Cari nəticəsi: 255.50 xal (2-ci yer — gümüş medal)
Muhamməd Hüseynov
E qrupu, oğlanlar, 3 metr tramplindən tullanma
Cari nəticəsi: 95.35 xal (2-ci yer — gümüş medal)
Ötən ilki nəticəsi: 85.15 xal (6-cı yer)
Mehri Ağayeva
E qrupu, qızlar, 3 metr tramplindən tullanma
Cari nəticəsi: 98.85 xal (3-cü yer — bürünc medal)
Ötən ilki nəticəsi: 68.30 xal (11-ci yer)
Mehri Ağayeva yarışın ikinci günündə E qrupunda, 1 metr tramplindən tullanma kateqoriyasında gümüş medal qazanıb.
Digər fərdi nəticələr:
Alisa Hacıyeva
C qrupu, qızlar, 3 metr tramplindən tullanma
Cari nəticəsi: 157.30 xal (18-ci yer, ilk dəfə iştirak edir)
Ayla Hüseynova
C qrupu, qızlar, 3 metr tramplindən tullanma
Cari nəticəsi: 191.40 xal (11-ci yer)
Ötən ilki nəticəsi: 175.05 xal (20-ci yer)
Maqsud Tahirli
C qrupu, oğlanlar, hündürlükdən tullanma
Cari nəticəsi: 235.45 xal (5-ci yer)
C qrupu, oğlanlar, 3 metr tramplindən tullanma
Cari nəticəsi: 259.85 xal (4-cü yer)
Muhamməd Hüseynov
E qrupu, oğlanlar, 1 metr tramplindən tullanma
Cari nəticəsi: 111.10 xal (5-ci yer)
Ötən ilki nəticəsi: 109.00 xal (6-cı yer)
Sofiya Ağayeva
E qrupu, qızlar, 1 metr tramplindən tullanma
Cari nəticəsi: 107.90 xal (8-ci yer)
Ötən ilki nəticəsi: 72.95 xal (11-ci yer)
Suada Tahir
B qrupu, qızlar, 1 metr tramplindən tullanma
Cari nəticəsi: 203.45 xal (16-cı yer)
Ötən ilki nəticəsi: 118.15 xal (9-cu yer)
Maqsud Tahirli ötən il D qrupunda çıxış edib və turnirdən 3 qızıl medalla qayıdıb. Bu il daha yüksək C qrupunda mübarizə aparıb.
Qeyd edək ki, yarış 14-17 iyul tarixlərində keçirilib və 15 ölkədən ümumilikdə 187 idmançının iştirakı ilə təşkil olunub.
Komandamızın heyətində Alisa Hacıyeva (12 yaş), Ayla Hüseynova (12 yaş), Maqsud Tahirli (12 yaş), Mehri Ağayeva (8 yaş), Muhamməd Hüseynov (9 yaş), Sofiya Ağayeva (6 yaş) və Suada Tahir (14 yaş) yer alır. Baş məşqçi – Anton Melnikov, məşqçi – Angelina Melnikova.





Comments are closed