Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Üzgüçülük Federasiyasının birgə təşkilatçılığıyla Bakı Su İdmanı Sarayında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə yekun vurulub.
İki gün davam edən final mərhələsində Azərbaycan və Türkiyədən olan üzgüçülər müxtəlif yaş kateqoriyalarında mübarizə aparıblar.
Azərbaycan komandası Bakı, Sumqayıt, Gəncə, Lənkəran və Mingəçevir şəhərləri, eləcə də Goranboy, Balakən və İsmayıllı rayonlarını təmsil edən iştirakçılarla yarışlarda çıxış edib.
Yarışın ilk günündə 10-11, 12-13, 14-15, 46-50, 51-55, 56-60 və 61 yaşdan yuxarı, ikinci günündə isə 16-17, 18-20, 21-25, 26-30, 31-35, 36-40 və 41-45 yaş kateqoriyaları üzrə qaliblər müəyyənləşib.



















Comments are closed