Almaniyada keçirilən 18 yaşadək üzgüçülər arasında Avropa Çempionatında gənc idmançılarımız şəxsi nəticələrini yeniləməyə davam edirlər.
Günün rekordları:
Qızlar arasında 100 metr sərbəst üsul – Məryəm Cavadova
Avropa Çempionatındakı nəticəsi: 59.18
Öncəki ən yaxşı nəticəsi: 1.00.31
Oğlanlar arasında 400 metr qarışıq üsul – Yeqor Maynitski
Avropa Çempionatındakı nəticəsi: 4.34.48
Öncəki ən yaxşı nəticəsi: 4.43.61
Qızlar arasında 800 metr qarışıq üsul – Anastasiya Qnusina
Avropa Çempionatındakı nəticəsi: 9.27.88
Öncəki ən yaxşı nəticəsi: 9.31.88
Oğlanlar arasında 800 metr qarışıq üsul – Fərhad Şirməmmədli
Avropa Çempionatındakı nəticəsi: 8.30.21
Öncəki ən yaxşı nəticəsi: 8.36.04
Qeyd edək ki, yarış 7-12 iyul tarixlərində Münhen şəhərində keçirilir. Milli komandamız turnirdə 7 idmançıyla təmsil olunur: Anastasiya Qnusina (14 yaş), Fərhad Şirməmmədli (15 yaş), Mehri Əbdürəhmanlı (15 yaş), Məryəm Cavadova (14 yaş), Oqtay Hüseynov (16 yaş), Süleyman İsmayılzadə (17 yaş), Yeqor Maynitski (16 yaş). Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Rəşad Əliyev, Ruslan Hətəmxanov.






Comments are closed