Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

AÇ U-18: son gündə yeni rekordlar

Almaniyada keçirilən 18 yaşadək üzgüçülər arasında Avropa Çempionatında gənc idmançılarımız daha 2 kateqoriyada şəxsi nəticələrini yeniləyiblər.

Son günün rekordları:

Qızlar arasında 400 metr sərbəst üsul – Anastasiya Qnusina
Avropa Çempionatındakı nəticəsi: 4.33.74
Öncəki ən yaxşı nəticəsi: 4.38.54

Oğlanlar arasında 400 metr sərbəst üsul – Fərhad Şirməmmədli
⁠Avropa Çempionatındakı nəticəsi: 4.09.96
Öncəki ən yaxşı nəticəsi: 4.13.13

Qeyd edək ki, yarış 7-12 iyul tarixlərində Münhen şəhərində keçirilir. Milli komandamız turnirdə 7 idmançıyla təmsil olunub: Anastasiya Qnusina (14 yaş), Fərhad Şirməmmədli (15 yaş), Mehri Əbdürəhmanlı (15 yaş), Məryəm Cavadova (14 yaş), Oqtay Hüseynov (16 yaş), Süleyman İsmayılzadə (17 yaş), Yeqor Maynitski (16 yaş). Baş məşqçi – Luka Qabrilo, məşqçilər – Rəşad Əliyev, Ruslan Hətəmxanov.

Comments are closed