Azərbaycan Üzgüçülük Federasiyası (ASF) ilə Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları Assosiasiyası (AHİİTA) İctimai Birliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.
Memorandum üzgüçülük idman növünün sağlam həyat tərzinə təşviqi, əmək kollektivləri arasında idmanın kütləviləşdirilməsi, eləcə də uşaqların, yeniyetmələrin və gənclərin fiziki inkişafına dəstək məqsədilə tərəflər arasında əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənədə əsasən, tərəflər idman təşəbbüslərinə qarşılıqlı dəstək və birgə idman tədbirlərinin təşkili, sosial proqramların icrası, həmçinin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının üzv və tabe təşkilatlarının övladları ilə əməkdaşlıq, birgə layihələrin və tədbirlərin həyata keçirilməsi istiqamətində fəaliyyət göstərəcəklər.
Memorandumu ASF-nin baş katibi Oqtay Atayev və AHİİTA-nın direktor vəzifəsini müvəqqəti icra edən Ziyəddin Allahverdiyev imzalayıblar. Görüşdə Federasiyanın əməkdaşları, AHİİTA-nın direktor müavini Fikrət Hacıyev və aparıcı mütəxəssis Niyazi Məmmədov da iştirak ediblər.






Comments are closed