Azərbaycan Üzgüçülük Federasiyasının rəsmi səhifəsinə xoş gəlmisiniz!

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

Generic selectors
Exact matches only
Search in title
Search in content
Post Type Selectors

Bizi izləyin:

İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan Üzgüçülük Federasiyasının (ASF) prezidenti Zaur Əliyevin sədrliyi ilə İcraiyyə Komitəsinin növbəti iclası keçirilib.

Toplantı zamanı cari il ərzində görülmüş və görüləcək işlər, idmançıların hazırlıq prosesi, yerli və beynəlxalq yarışlarda iştirak məsələləri, eləcə də ASF-nin fəaliyyəti ilə bağlı digər aktual mövzular müzakirə olunub.

İclasda su idman növlərinin ölkədə inkişaf etdirilməsi, gənc istedadların üzə çıxarılması və beynəlxalq arenada Azərbaycan təmsilçilərinin nəticələrinin yaxşılaşdırılması istiqamətində işlərə dair fikir mübadiləsi aparılıb.

ASF-nin prezidenti Zaur Əliyev ilə bərabər görüşdə icraçı vitse-prezident Xaliq İldırımzadə, vitse-prezidentlər Dəyanət Sədullayev və Jalə Əhmədova, İK üzvləri Şamil Əbdürəhmanov, Azər Babayev və Ruslan Ələkbərov, həmçinin baş katib Oqtay Atayev iştirak ediblər.

Comments are closed