Açıq suda üzgüçülük

Bu uzun məsafələr üçün (200 m. artıq) təbii şəraitdə (açıq hövzədə) nəzərdə tutulmuş üzgüçülükdür. Distansiyaların uzunluğu 5. 10, 25 km. bölünür. Həmçinin 150 km. marafonlarda məlumdur. Böyük məsafələri dəf edərək üzgüçülər müxtəlif üsullardan istifadə edib onları üzmə zamanı dəyişib və həmçinin suda dayaqsız qalaraq qida qəbul edə bilər.

Hələ 1875-ci ildən başlayaraq təbii şəraitdə uzun distansiyaları dəf etmək üçün yarışlar keçirilməyə başladı. 1991-ci ildən isə açıq hövzədə yarışlar Dünya çempionatlarına daxil edildi. Bundan başqa cüt illərdə açıq suda üzgüçülük üzrə ayrıca Dünya Çempionatları keçirilməyə başladı. 2008-ci ildən 10 km. distansiyalar Olimpiya Oyunların proqramına daxil olundu.


Menyu
menyu