Üzgüçülük üzrə milli komanda iln sonunadək hansı yarışlarda iştirak edəcək?

İlin sonuna kimi Azərbaycan Üzgüçülük Federasiyasının tədbirlər proqramına uyğun olaraq bir neçə yarışların keçirilməsi və milli komandanın beynəlxalq turnirlərdə iştirakı nəzərdə tutulur. Bu barədə məlumatı Azərbaycanın Üzgüçülük növü üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov verib. Onun sözlərinə görə bu il 10-30 oktyabr tarixlərində Mingəçevir şəhərində Kür təlim-tədris mərkəzində təlim məşq toplanışında iştirak etməsi planlaşdırılır. Noyabr ayının 10-15 tarixlərində isə Bakıda, Su İdman Sarayında Respublika Kuboku təşkil olunacaq ki, burada yarıışlarda Üzgüçülük üzrə milli komandaya növbəti seçim reallaşdırılacaq. 

Beynəlxalq yarışlara gəlincə isə milli komandanın üzgüçüləri oktyabr və noyabr aylarında Almaniyada, Qətərdə və Kanada da keçiriləcək Dunya kuboku mərhələrində öz güclərini sınayacaqlar. Bundan başqa üzgüçülərimizin dekabr ayında Ruminiyanın Buxarest şəhərində keçiriləcək üzgüçülük üzrə Avropa Çempionatında mübarizə aparacaq.


Menyu
menyu