ÜZGÜÇÜLÜK

Arxa üstə krol

Arxası üstə krol üzmə uşulunun başqa üsullardan fərqləndirici xüsusiyyətləri vardır. Texniki icra həmçinin əl və ayaqların ardıcıl fasiləsiz hərəkətlərinə əsaslanır. Əsas fərq bədənin vəziyyətində (arxa üstə) və tənəffüs siklin suyun üstündə yerinə yetirilməsindədir. Yalnız startda və bədən çevrildikdə üzgüçünün başı suyun altında, qalan hallarda isə üz suyun üstündə olur.

Sürət xarakteristikalarına görə arxa üstə krol batterflay və sərbəst üsuldan geri qalır. Rəsmi yarışlarda bu üzmə üsuluna 100 və 200m. distansiyalarda, həmçinin kompleks üzgüçülükdə (200və 400 metr) və kombinə edilmiş estafetlərdə rast gəlinir. Hərəkət texnikası həmçinin tətbiqi üzgüçülükdə aktiv istifadə olunur.

Krol arxa üstə üsulu zamanı bir- iki avarçəkmədən (əllərin ardıcıl hərəkəti), ayaqların bir birinin arxasınca hərəkətlərindən (yuxarı-aşağı müstəvisində) və bir tənəffüs siklindən ibarət dövrü hərəkətlər yerinə yetirilir. Dartmanın aktiv gücü ayaq təkanlarının üzərinə düşür. Məhz onlar su üstündə hərəkət etməyə, sürəti saxlamağa, bədəni düz horizontal şəkildə tutmağa imkan verir. Daha çox 6-təkanlı üzmə texnikasından istifadə olunur. Burada bir tənəffüs siklinə iki əl, 6 ayaq hərəkəti düşür. (sinə üstü krolla analoji olaraq).

İdmançının bədəni şaquli vəziyyətdə olur. Bədən suyun səthinə elə yaxın yerləşir ki, su xətti qulaqların yanından, çənənin altından və döş qəfəsi yanından keçsin. Çiyin nahiyəsi bir qədər qalxır ayaqlar və çanaq bir qədər dərində yerləşir. Hərəkətin yüksək sürəti zamanı hücum bucağı 8 dərəcədən artıq olmur.

 Sərbəst üsul 

Bu su üzərində olan ən sürətli hərəkət növüdür. Üzgüçü əllərlə ardıcıl hərəkətlər (avarçəkmə), ayaqlarla isə simmetrik hərəkətlər (şaquli proyeksiyada ayaq zərbələri) icra edir.

Hərəkətlər dövrü şəkildə yerinə yetirilir və bir-iki avarçəkmə (əllərin ardıcıl hərəkəti), ayaq təkanlarından və tənəffüs sikli (nəfəsi alıb-vermə) kimi elementlərdən ibarətdir.Bədən praktiki olaraq üfüqi vəziyyətdə olur. Üzmə tempi və idmançının hazırlığından asılı olaraq hücum bucağının dərəcəsi 9-dan 10 dərəcəyə qədər dəyişə bilər. Maksimal tempdə hücum bucağının dərəcəsi minimal olur.Keyfiyyətli güclü “avarçəkmə” zamanı idmançının bədəni maksimal yüksək vəziyyəti alır. Ayaqlarla effektiv zərbə hərəkətləri etmək üçün pəncələr suyun altında 30-40sm, çiyinlər isə çanaq səviyyəsindən yuxarı olur. Bu halda bədən əzələləri maksimal işlək vəziyyətdə olur və avarçəkmə hərəkətləri daha asan yerinə yetirilir Baş bədən xətti səviyyəsində olur. Üz qabağa istiqamətlənir, əzələlər gərilmir. Hərəkətin əsas işlək gücü əllərin işləməsi, “avarçəkmə” ilə bağlıdır. Ölçüsü idmançının hazırlıq səviyyəsindən asılı olan dartı qüvvəsi mühüm rol oynayır. O, orta hazırlıq səviyyəsi olan idmançılarda9-12kq arasında, beynəlxalq səviyyəli idmançılarda isə 22kq-ma qədər dəyişir. Dartı qüvvəsinin ölçüsü həmçinin avarçəkmə zamanı ovucların hərəkət texnikası ilə müəyyən olunur. Məhz əllər suyun səthində davamlı dayağın yaranmasını təmin edir. Avarçəkmənin başlanğıc elementi dirsəklərin maksimal yüksəklikdə olduğu zaman baş verir və bu sürüşmə üçün dayaq nöqtəsini yaradır.

 Brass

Bu sinə üzərində bir-birinə simmetrik olan əl və ayaq hərəkətləri ilə xarakterizə olan üzgüçülük idmanının bir növüdür. Bu üzmə üsulu bəzən “qurbağa” və ya “qurbağalama” adlandırılır Bu üsulun texniki hissəsi əllərin su üzərində hərəkəti ilə bağlıdır. Məhz bu brassı başqa üzgüçülük üsullarından fərqləndirir. Bu hərəkət tərzi başqa üsullardan ləng olmasına baxmayaraq bir sıra üstünlüklərə malikdir. Simmetrik və eyni zamanda edilən əl hərəkətləri, ayaqların təkanı, burun ilə nəfəsin alınması və ağızla nəfəsin verilməsi -bu üzmə hərəkətlərin bir tsiklidir. Bədənin əyilmə bucağı hər bir hərəkət dövrü zamanı dəyişir. Su üzərində sürüşmə zamanı ayaqların hər bir təkanından sonra bədən su səthinə nisbətən maksimal şəkildə horizontal vəziyyəti alır. İdmançının tənəffüsü zamanı bədənin yerləşmə bucağı maksimal (150-170) dərəcəyə çatır. Bir üzmə sikli zamanı üzgüçünün başı, demək olar ki, həmişə qabağa yönələrək aşağı baxır və bədən xəttinə nisbətən en kəsiyi səthində yerləşir. Boyun əzələləri bu zaman maksimal olaraq boşalır.

 Batterflay üzmə üsulu

Batterflay sürətinə görə yalnız kroldan geri qalan suda yerinə yetirilən hərəkət vasitələrinin texniki cəhətdən ən çətin bir üsuludur. Batterflay üçün təkcə fiziki cəhətdən hazırlıqlı olmaq deyil, həmçinin hərəkətlərin texniki icrasının xırdalıqlarının düzgün başa düşülməsi vacibdir. Delfin klassik üzmə üsulundan ayaq hərəkətləri ilə fərqlənən batterflayın bir növüdür. Suda icra olunan hərəkətlər bir biri ilə uzlaşır. Avarçəkmədən sonra əllər suyun üzərindən keçirilir, bədən və ayaqlarla isə dalğavari trayektoriya üzrə eyni zamanda hərəkətlər edilir. Təkan hərəkətlərinin sayına görə batterflayın texniki ifasının bir neçə növü mövcuddur. Daha çox iki təkanlı üsuldan istifadə olunur. Burada hərəkət sikli bir avarçəkmədən, ayaqların iki təkanından və bir tənəffüs dövründən ibarətdir.

Batterflay üsulunda bədən vəziyyətinin çıxış nöqtəsi sinə üstə uzanmadır. Bu zaman çiyinlər su səthinə paralel yerləşir, baş aşağı salınır. Hərəkət zamanı hücum bucağı daim dəyişir (ayaq hərəkətlərinin icrasından sonra -20 dərəcədən başlayaraq əllərin ötürülməsi zamanı 20 dərəcəyə qədər). Üzmə zamanı bədən və ayaq hərəkətləri dalğavari trayektoriya üzrə edilir, bu zaman hərəkət amplitudası tədricən çiyin-bədənin ortası - çanaq-bud-baldır-pəncə istiqamətində artır. Ayaqların təkanı hərəkət siklinin sonuna təsadüf edir (yuxarıdan aşağı). Məhz bu təkan hərəkəti ayaqların əsas işlək elementidir. Təkan aşağı veriləndə çanaq yuxarıya qalxır, ayaq və baldırlar yuxarı qaldırıldıqda çanaq dayaqla aşağı salınır, çiyinlər qabağa və yuxarı istiqamətlənir. Iki təkanlı siklin ikinci hissəsində idmançının əllərinin ötürülməsini təmin etmək üçün çiyinləri su səthinə maksimal şəkildə yaxın olmalıdır. Ona görə bədənin yuxarı hissəsi bu zaman (avarçəkmə bitdikdən sonra), demək olar, hərəkət etmir. Çanağın amplitudası yüksək olmalıdır ki, dalğavari hərəkət ayaqlara ötürülsün. Çiyinlər çox hərəkət etməməlidir. Batterflayın hərəkət gücü əsasən ayaqların təkanlarından asılıdır. Bu zərb hərəkətləri koordinasiyanı və maksimal uzlaşmanı təmin edir.


Menyu
menyu