Azərbaycanda üzgüçülüyün inkişaf tarixi

Azərbaycanda üzgüçülüyün inkişaf tarixi

(1910-1980-cı illər)

İdman üzgüçülüyü XX əsrin əvvəllərində məhz o, zamanlar Bakıda ilk şəhər çimərliyi (kupalni) açılır. Burada 1910-cu ildə gimnastika müəllimi V.Qrjibovski Bakı gimnaziyası və realni məktəbinin şagirdləri üçün üzgüçülük məktəbi təşkil edir. Məlumatlara görə artıq 1912-ci ilin yayında dənizkənarı bulvarda Bakı gimnaziyasının şagirdləri Xəzər dənizində “böyrü üstə” üsulu ilə 48 kilomətri 24 saat 10 dəqiqəyə üzmüş fransız dili müəllimləri Leonid Romençenkonu salamlayırdılar. Bu o iillər üçün çox böyük nəticə sayılırdı. 1913–ildə Bakı üzgüçülük məktəbində 200-dən çox adam bu idman növü ilə məşğul olurdu.

1925 ci–ildə Bakının qara şəhər adlanan rayonunda birinci su stansiyası yaranır. 1925-ci ilin yayında keçirilən birinci Respublika su bayramında yüzlərlə iştirakçı və minlərlə tamaşaçı iştirak edirdi. Proqrama kütləvi dəniz üzgüçülüyü daxil edilmişdir.

13 iyun 1925-ci ildə keçmiş kommunist bolşeviklər  partiyasının bədən tərbiyəsi və idmanın inkişafı məsələsinə dair çıxardığı qərar Azərbaycanda üzgüçülüyün inkişafına böyük təkan verdi. Bu özünü 1928–ci il avqust ayında Moskvada keçirilən 1 Ümumittifaq spartakiadasında əyani sürətdə nümayiş etdirdi. Spartakiadanın proqaramına daxil edilmiş üzgüçülük növü üzrə bütün o zamanki sovet respublikalarından gəlmiş 500-dən artıq idmançını cəlb etmişdi. Bu yarışda tərkibi bütövlükdə bakılılardan ibarət olan Zaqafqaziya yığma komandası 3-cü yeri tutmuşdu. O vaxt ölkənin ən yaxşı üzgüçüləri sırasına əməkdar idman ustası, bakılı Aleksandr Kozırev daxil idi. O ixtisasca çilingər idi. 

Həmin spratakiadada qadınlardan 5 m hündürlükdən vışkadan tullanmada 2-ci yeri tutmuş bakılı A.Pimaşkina  fərqlənmişdir. Bu yarışlarda bakılı A Markarov daha böyük nailiyyət əldə etmişdi. O, xüsusi əməli üzgüçülükdə 50 m məsafəni paltarda 46.5 saniyəyə üzməklə qızıl medal qazanmışdı və 1-ci yeri tutmuşdu.

 1928–ci il spartakiadasından sonra Bakıda “sinə üstə krol” idman üsulu meydana gəlir və inkişaf etməyə başlayır. O vaxt “sinə üstə krol” üsulu ilə güclü üzən nümayəndələr arasında Q. Cahangirovu və A Kolyadinovanı qeyd etmək olar. 

“Krol” üsulunun qavranılması “su polosu” oyunun sürətlə inkişafına təsir etdi. Bu oyun üzgüçülük işi aparan bütün klublarda müəyyən maraq doğurdu və sürətlə inkişaf etməyə başladı.

1930-cu ilin yayında iyunun 8-dən 30-a kimi Moskvada  şəhərlərarası Moskva, Leninqrad, Krım və Bakı idmançıları arasında   üzgüçülük, su polosu və suya tullanma üzrə  şəxsi komanda yarışları keçirildi. Şəxsi nəticələrinə görə Q.Sətərov 100 metr məsafədə sərbəst üsul üzrə 13,5 caniyə, E Makarova 100 metr məsafədə sərbəst üsul üzrə 1:53,3 caniyə, N. Kryukova isə  200 metr məsafədə bras üsulu ilə 3:21.5 saniyə göstəricilərlə seçiliblər.

1930-1932-ci illərdə Azərbaycanda idman üzgüçülüyün nailiyyətləri haqda danışarkən “sinə üstə krol” üsulu ilə Bakı üzgüçülərinin ən yaxşı  texnikaya malik olduqlarını  qeyd etmək lazımdır.

Moskva,Leninqrad,Krım və Bakı üzgüçüləri arasında keçirilən yoldaşlıq  görüşləri zamanı Bakı üzgüçülərinin ən yaxşı texnikası aydın görünürdü.

1930-cu ildə Bakıda Zaqafqaziya Bədən Tərbiyəsi İnstitutu açılır. Bu ali məktəbin tədris proqramına əsas idman növlərindən biri kimi üzgüçülük də daxil edilir.

1931-ci ildə üzgüçülük “ƏMH” kompleksinə daxil edildikdən sonra Y.Əhmədov, C.Sadıxov,A.Jakununa və başqaları kimi üzgüçülər meydana çıxdı.

1934-cü ildə Bakıda “Nizami” adına parkda 50 metrlik hovuz, Bakı şəhəri icraiyyə komitəsinin nəzdində “Vodnik”, ”Dinamo” və yaxt-klub su stansiyaları açılır. Bu vaxt üzgüçülük, suya tullanma və su polosu üzrə yarışların sayı artmağa başlayır.

1934-cü ildən başlayaraq Bakı ,Batumi, Tbilisi şəhərləri arasında üzgüçülük, su polosu və suya tullanma üzrə yoldaşlıq görüşləri keçirilir. Üzgüçülük  məktəblilər  arasında geniş yayılmağa başlayır. 1935-ci il tarixə uşaqlar və gənclər kollektivi ilə üzgüçülük üzrə planlı tədris-idman işlərinin başlandığı il kimi daxil oldu.

Bundan sonra Bakıda “Vodnik”, “Sprint”, ”Dinamo”, ”Neftyanik” uşaq idman cəmiyyətlərin nəzdində üzgüçülük uşaq məktəbi açılır.

Bu vaxtı Gürcüstan və Azərbaycan üzgüçüləri arasında keçirilən şəxsi –komandaların ənənəvi yarışları populyarlıq qazanaraq böyük yoldaşlıq şəraitində keçirilirdi.

1936-cı ildə Xəzər dənizi üzrə Nargin adasından Bakı şəhər yaxt-klubunadək 12.5 km. məsafədə üzgüçülük yarışları təşkil olunur. Bu yarışda 12 üzgüçü iştirak edirdi və A.K.Kolyadinov 3 saat 12 dəqiqə göstərici ilə birinci yeri tutur.

1939-cu ildə Bakılı A.Kozırev Soçidə 25 km məsafə üzrə keçirilən Ümumittifaq yarışlarında iştirak edir. Bu məsafəni o, 9 saat 15 dəq. 18 san. üzərək dördüncü yeri tutur.

1930-1940-cı illər Respublikamızda idman üzgüçülüyü tarixində daha böyük artımı ilə yadda qalıb. Belə ki, Azərbaycan bu illər Ümumittifaq yarışlarda ölkəmizin şərəfini  layiqincə qoruyan çoxlu idmançılar yetişdirmişdir.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının o vaxtki məzunları Azərbaycanda su idmanının inkişafı üçün  çox işlər görmüşdü. Həmin dövrdə Q.Cəfərovun, Sostavkinanın, A. Markelovanın, Q. Kondraşinanın ,B .Deykunun və başqalarının gərgin işini xüsusi qeyd etmək lazımdır.

Müharibə illərində Azərbaycan üzgüçüləri və məşqçiləri tərəfindən 56 min adama üzgüçüklük öyrədilib. O, illər Azərbaycanda gənc üzgüçülərdən biri, Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının o zamanlar üzgüçülük kafedrasının baş müəllimi B.S. Qaliçnikov üzgüçülüyün tez öyrədilməsi metodikası mövzüsünda elmi iş yazır ki, bu da müharibə illərində üzgüçülüyün öyrədilməsi istiqamətində öz praktiki təsirini göstərmişdi.

Üzgüçülüyün öyrədilməsi üzrə planın yerinə yetirilməsini faizlə götürdükdə Azərbaycan Gürcüstanı ,Ermənistanı, Qazaxıstanı,Tacikstanı,Qırğızıstanı və Rusiya federasiyasını qabaqlayaraq 2-ci yeri tutmuşdu. Həmin illər birinci yeri Özbəkistan respublikasi tuturdu.

Müharibənin   iki ili müddətində öyrədilmə və məşqin dərindən keçirilməsi 1944-cü ildə keçirilən Zaqafqaziya spartakiadasında Bakı üzgüçülərinə Gürcüstan və Ermənistan üzgüçüləri üzərində qələbə qazanmağa imkan verdi.

Müharibədən sonra espublikamızda idman üzgüçülüyün  uğurlarından  daha çox nəzərə çarpmağa başladı. Azərbaycan üzgüçüləri və su polosu komandaları 1946-1947 ci illərdə  keçmiç SSRİ birinciliyində iştirak etmişdilər. Həmin illərdə üzgüçülərimiz 8-ci yeri, su polosu komandamız isə 6-cı yeri tutmuşdular.

Təcrübəli üzgüçülərimizdən A.Kozırev 1946-cı ildə Soçidə keçirilən 25 kilometr məsafədə üzmədə böyük nailiyyət qazanmışdır. O, həmin məsafəni 9 saat 10 dəq.50 saniyəyə üzərək 3-cü yeri tutmuş və idman ustasl normasını yerinə yetirmişdi.

1947-ci ildə Nargin-Bakı arasında 12,5 kilometr məsafəni üzmədə A.Kozıryov 3 saat 24 dəqiqə vaxtla birinci yeri tutmuşdu. Həmin yarışda ikinci yeri 14 yaşlı “Dinamo” uşaq idman məktəbinin şagirdi Çingiz Hüseynov qazanmışdı.

1949-cu ildə SSRİ birinciliyində üzgücülərimiz yüksək texniki-idman nəticələri ilə seçiliblər. V.Zabelina 200 m. brass üsulu ilə üzmədə 2:50 nəticə ilə,  V.Qorşkov isə 100 m. böyrü üstə üzmədə 1:11,5 nəticə göstərərək şəxsi 2-ci yeri tutub gümüş medal almışlar.

1949-cu ildə A.Kozırev böyük rus çayı “Volqada uzun məsafəyə üzmə yarışlarında iştirak edir və birinci yeri tutur. Bundan sonra onun uzaq məsafəyə üzmədə böyük nailiyyətlərini nəzərə alaraq ona “SSRİ əməkdar idman ustası” fəxri adı verilmişdır.

Bu dövrdə üzgüçülük kafedrasının baş müəllimi M.İsgəndərov tərəfindən azərbaycan dilində “Üzgüçülük, su polosı və suya tullanma” üzrə tədris vəsaiti buraxılır.

1952-ci il noyabrın 9-da Respublikanın 80 güclü üzgüçülərinin iştirakı ilə təntənəli sürətdə yeni “Neftyanik” indiki “Neftçi” qış üzgüçülük hovuzu açılır. Hal-hazırda həmin bina sökülüb. Bu Bakı bədən tərbiyəçiləri üçün gözəl bir hədiyə olur. Həmin vaxtdan Bakı idmançıları il boyu üzguçülük, su polosu və ya suya tullanma üzrə tədris-məşq işini keçirmək imkanı qazandılar.

Bununla əlaqədar olaraq Azərbaycan üzgüçüləri, su polosu komandası və ya suya tullananlar öz idman ustalıqlarını müəyyən qədər artıraraq ümumittifaq yarışlarda daha yaxşı nəticələrlə çıxış etməyə başladılar.

1953-cü ildə SSRİ birinciliyində voterpolçular 4-cü yeri, suya tullananlar 5-ci yeri, üzgüçülər isə 7-ci yeri tutmuşlar.

1943-cu ildə Bədən tərbiyəsi və idman işləri üzrə ümumittifaq komitəsi Zaqafqasiya xalqları arasında münasibətinə və onların idman ustalarının yüksəlməsinə böyük əhəmiyyət verərək bu respublikaların böyük idman proqramı ildə spartakiadasının keçirilməsini irəli sürdü.

1950-ci ildən 1960-cı ilədək Azərbaycanda üzgüçülük idmanı idman-texniki nəticələrin yüksəlməsində böyük uğurlar əldə etdi. Belə ki, üzgüçülərimiz 1956-1959-cu illərdə SSRİ spartakiadasında və digər beynəlxalq görüşlərdə yeni-yeni qələbələrini qeyd edirdilər. Bu əsasən idman ustalarının hazırlanmasında əyani surətdə görünürdü. Əgər 1940-1950-ci illərdə bir idman ustası hazırlanmışdırsa,1950-ci ildən 1960-ci ilədək Respublikamızda idman ustalarının sayı 22-yə çatmışdır. Onlardan: su polosu üzrə 12 nəfər, üzgüçülük üzrə 5 nəfər, suya tullanma üzrə 5 nəfər. 

1957-ci il iyunun 30-dan avqustun 9-na dək Moskvada VI Ümumdünya festivalında kütləvi idman yarışları keçirilmişdir. Həmin yarışda 40 ölkədən 200 oğlan və qızlar iştirak edirdi. Üzgüçülük və suya tullanma yarışlarında 5 Azərbaycan idmançısı iştirak etmişdir. Həmin festifalda onların çıxışı böyük idman uğurları ilə qeyd olundu. Bekə ki, hündürlüyü 3 metr olan tramplindən tullanmada D.Zarbailov 2-ci yeri qazanaraq gümüş medalla təltif olundu. Q.Yusufov 3-cü yer tutaraq bürünc medalla kifayətlənmə oldu. 100 m. s/ü. üzmədə V.Prilipko 1:00, 4 s. vaxtla 1-ci yeri tutub qızıl medal, 100 m. arxası üstə üzmədə V.Kalyandra 1:12,6 vaxtla gümüş medal alırlar: həmçinin estafet üzmədə V.Kolyandra, V.Prilipko və A.Çinakin daha 3 qızıl medal qazanırlar. Yarışın yekununda üzgüçülərmiz və suya tullanlarımız tərəfindən 6 qızıl, 2 gümüş, və 1 bürünc medal qazanılmışdı.

1957-ci ildə su polosu üzrə Qırmızı bayraqlı Xəzər Donanması (QBXD)  komandası Bolqariyada dörd görüş keçirmişdir. Həmin görüşdə komandamız rəqibləri üzərində böyük üstünlüyə  malik olaraq Bolqar yığma komandası ilə oyunda inamlı qələbə qazanmışdır. Oyun 7:5 hesabı ilə QBXD komandasının xeyrınə qurtarmışdır.

1958-ci ildə SSRİ birincilində yarışlarında Azərb.DBTİ-nin tələbələsi V.Jenenkov 200 m batterflya (delfin) üsulu ilə üzmədə 2:25,6 saniyə nəticə ilə SSRİ rekordunu yenilədi. Həmin ili o, Budapeşdə keçirilən Avropa birinciliyində 4 x 100 m. quraşdırılmış estafet üzgüçülüyündə Çempion-rekordsmen adını qazandı.

1958-ci il Bakıda üzgüçülük və su polosu üzrə Azərbaycan və Çin Xalq Respublikasının yığma komandaları qarşılaşırlar. Bu yarış ÇXR və Azərbaycan xalqları arasında dostluq nişanı altında keçirilmişdi.

1958-ci ildə su polosu üzrə QBXD komandası ÇXR-da olmuşdur. Komandamız bütün görüşləri yüksək idman texniki səviyyəsində keçirərək, gözəl oyun nümayiş etdirmişdir.

1959-cu ildə Tbilisidə su polosu üzrə Azərbaycan yığma komandası (QBXD) Rumıniya yığma komandası ilə qarşılaşır. Oyun gərgin idman mübarizəsi ilə keçmiş və Rumın komandasının cuzi üstünlüyü 6:5 hesabı ilə qurtarmışdı.

Üzgüçülük idman növü üzrə Azərbaycanın yığma komandası idman-texniki nəticəlrinin ümumi səviyyəsini yüksəldərək 1956-1959-cu illərdə SSRİ xalqların I-II Spartakialarında müvəffəqiyyətlə çıxış etmişlər.

1956-cı ildə SSRİ xalqlarının I spartakiadasında su polosu üzrə komandamız 3-cü yeri, suya tullananlar 6-cı yeri,üzgüçülərimiz isə 8-ci yeri tutmuşlar.

1959-cu ildə SSRİ xalqlarının II spartakiadasında su polosu üzrə komandamız 2-ci yeri, suya tullanmalar 6-cı yeri, üzgüçülərimiz 8-ci yeri tutmuşlar.

Rekordların ancaq 50 metrlik hovuzlarda qeyd olunması qərarı ilə bağlı yeni bazanın tikilməsinə ehtiyac yaranır.

1963-cü ildə Bakıda yerli ordu idman klubunun səkkiz yoldan ibarət 50 metrlik üstü bağlı hovüzü tikilir. Bu ölkədə ən yaxşı hovuzlardan biri olur.

Yaxşı maddi-texniki bazanın (bağlı və açıq hovüz) və məşqçi kadrların olması 60-cı illər ərzində üzgüçülük üzrə 5 (beş) SSRİ idman ustası hazırlanmasına imkan yaradır.  Onların sırasında ilk növbədə batter flayla üzmədə SSRİ və Avropa rekordsmeni, 1962-ci il gənclərin ümumittifaq festvalının gümüş mükafatçısı Valeri Jenekovu qeyd etmək olar. 

Azərbaycanda idman üzgüçülüyünün inkişafı üçün 1969-cu ildə SSRİ Nazirlər Soveti yanında bədən tərbiyəsi və idman komitəsinin “ölkədə üzgüçülüyün gələcək inkişafı üzrə tədbirlər haqqında” qərarnın xüsusi yeri olmuşdur. Həyata keçirilmiş tədbirlər nəticəsində respublikada 70-ci illərin birinci yarısında üzgüçülük üzrə gənc idmançılar hazırlanmışdır. Bunlarda 1972-ci ildə yeniyetmələr arasında 100 m. arxa üstə üzgüçülükdə ümumittifaq nailiyyəti qazanmış Nikolay Serkini, 1970-1975-ci illər ərzində SSRİ-də gənclər arasında daimi ilk sıralarda olan Viktoriya Sorokinanı, həmin dövrdə SSRİ yığma komandasının tərkibinə daxil olan Stanislav Radionovu, Azərbaycan üzgüçüləri arasında birinci beynəlxalq dərəcəli idman ustası, Ümumdünya Moskva universidiasında (1973) qızıl, gümüş və bürünc medal qaznmış, II dünya cempionatında gümüş medal və 4x100 m. s/ü estafetdə Avropa rekordsmeni adını almış Vladimir Krivtsovo göstərmək olar. 

Üzgüçülüyün kütləvi öyrədilməsinın səmərəliliyinin yüksəldilməsində 1974-cü ildə Azərbaycan Kommunist partiyasının partiya fəallarının iclası böyük rol oynamışdır. Azərbaycanda bədən tərbiyəsi və idmanın gələcək inkişafı məsələsi müzakirə edilmişdir. SSRİ MK siyası bürosu üzvülüyünə namizəd, Azərbaycan Kommunist partiyası mərkəzi komitəsinin birinci katibi Heydər Əliyevin çıxışında Azərbaycanda idman işinin təşkilində ciddi çatışmamazlıqlar açıqlanmış və respublikada idmanın gələcək inkişafı üzrə tədbirlər açıq göstərilmişdır. Bundan sonra Azərbaycanın bir sıra ümumtəhsil məktəblərində üzgüçülük məcburi bir dərs kimi proqrama daxil edilmişdir. 

Həmin dövrdə Bakı şəhərində bütün üzgüçülük hovuzlarına orta məktəblər təhkim olunmuşdular. Məktəblilər üzüçülük üzrə tam kursu bitirdikdən sonra onlara uyğun arayış verilirdi. Daha istedadlı olanlar isə Uşaq Gənclər İdman məktəbinə cəlb olunurdu. 

Azərbaycanda üzgüçülük idman növünun inkişafında SSRİ-nin əməkdar məşqçisi A.Maxorin, Ümumittiifaq dərəcəli hakim M.İsgəndərov, B.Deykun, Q.Hacıyev, B.Qaliçnikov, B.Lisin, məşqçilər A.Nurullayeva, L.Zabelina, M.Məhərrəmov, E.Nasilova, B.Sinko,B.Sazanov, V.Partnov, hakim L.Qolubeva və başqaları böyük əmək sərf etmişlər.

 

 


Menyu
menyu