Tanınmış idmançılar
Leonid Romençenko - 1912-ci idə Xəzər dənizində “böyrü üstə” üsulu ilə 48 kilomətri 24 saat 10 dəqiqəyə üzmüş fransız dili müəllimi .
Əməkdar İdman Ustası Aleksandr Mixayloviç Kozıryev – 1906 –cı ildə Bakıda anadan olub. İxtisasca çilingər olan Kozıryev 1928–ci il avqust ayında Moskvada keçirilən 1 Ümumittifaq spartakiadasında 3-cü yeri tutmuşdu. 1949-cu ildə SSRİ Hərbi Dəniz Donanması günü ilə əlaqədar Volqa çayında keçirilən 150 kilometrlik məsafəyə üzmədə o zaman Sovetlər birliyində ən maksimum, 29 saat 59 dəqiqə 40 saniyə nəticə göstərərək rekorda imza atmışdır.
Azərbaycan üzgüçüləri arasında ilk beynəlxalq dərəcəli idman ustası Vladimir Krivtsovo – Ümumdünya Moskva universidiasında (1973) qızıl, gümüş və bürünc medal qaznmış, II dünya cempionatında gümüş medal və 4x100 m. s/ü estafetdə Avropa rekordsmeni
SSRİ idman ustası Valeri Jenekov - növbədə batter flayla üzmədə SSRİ və Avropa rekordsmeni, 1962-ci il gənclərin ümumittifaq festvalının gümüş mükafatçısı.
Qəzənfər Cahangirov - “sinə üstə krol” üsulu ilə güclü üzən Azərbaycan üzgüçüsü.
Q.Sətərov - 1930-cu ildə Moskvada şəhərlərarası Moskva, Leninqrad, Krım və Bakı idmançıları arasında üzgüçülük üzrə şəxsi komanda yarışlarında 100 metr məsafədə sərbəst üsul üzrə 13,5 caniyə nəticə ilə fəxri kürsüyə yüksəlib.
D.Zarbailov - 1957-ci ildə Moskvada VI Ümumdünya festivalında tramplindən tullanma yarışlarında gümüş medal qazanmışdır.
V.Prilipko - 1957-ci ildə Moskvada VI Ümumdünya festivalında 100 metr sərbəst üzmədə və estafet üzmədə 3 qızıl medal qazanmışdır.
Nikolay Serkin - 1972-ci ildə yeniyetmələr arasında 100 m. arxa üstə üzgüçülükdə ümumittifaq yarışmasının qalibi.
Viktoriya Sorokina - 1970-1975-ci illər ərzində SSRİ-də gənclər arasında daimi ilk sıralarda olan üzgüçümüz.