Su polosu və ya vaterpolo
Su polosu və ya vaterpolo
Bu bir su idmanı növüdür. İki komanda arasında hovuzda, topdan istifadə etməklə keçirilir. Oyun 4 hissədən ibarət olur. Hər hissə 8 dəqiqədən ibarətdir. Və hər bir hissədə hər iki komanda rəqib qapısından top keçirməyə çalışırlar. Sanki suda həndbolu xatırladır. Rəqib qapısına daha çox top vuran komanda qalib hesab edilir. Komanda 6 oyunçu və 1 qapıçıdan təşkil olunur. Əlavə olaraq komandalarda qapıçı əvəzedicisi də daxil olmaqla əvəzedicilər də ola bilər. Su polosu bir qayda olaraq dərin ( adətən 1.8m) hovuzlarda oynanılır və bu oyunu oynayanlar xeyli dözümlülüyə malik olmalıdır.
Su Polosu Olimpiya Oyunları sırasına daxildir. Buna görə də digər su idman növləri kimi vaterpolo da proqram yarışları üçün Beynəlxalq üzgüçülük federasiyasının (FİNA) qaydalarına uyğun olaraq 30X25 metr olan zonada oynanılır.
OYUNUN INKIŞAFI
Yalnız XIX əsrin axırında İngiltərədə bu oyun idman istiqamətini aldı. O zamanlar qaydalar indiki reqlamentdən çox fərqlənirdi və daha çox reqbi oyununa bənzəyirdi. Rəqibin saxlanması və topun alınması üçün güc tətbiq olunurdu. Axını olmayan hər bir su hövzəsi oyun meydançası kimi istifadə edilə bilərdi. Məkan hovuzun dibində uzun çubuqlar vasitəsi ilə hüdudlanırdı. İmprovizasiya olunmuş bu meydançanın eni 10-15 m, uzunluğu isə 20-30 m. təşkil edirdi. Qapılar da taxtalarla sudan 30-40 m. aralıqda bərkidilirdi. Topun qapıya atılması olan oyunun prinsipi müasir vaterpol təsəvvürü ilə üst-üstə düşür.
O zamanki oyunların əsas məqsədi, oyunçunun gücü və qabiliyyətinin nümayiş etdirmək idi. İngiltərə dəniz ölkəsidir və bütün bayramlar, yarmarkalar və ictimai toplantılar mütləq su oyunlarının təşkili ilə keçirilirdi.
VATERPOL DÜNYADA
Vahid qaydaların olmaması oyunun inkişafını ləngidir və oyunçulara bir sıra narahatçılıq törədirdi. 1869-cu ili vaterpolun inkişafında dönüş il kimi hesab etmək olar. Oyun ilk dəfə İngiltərənin paytaxtında ictimaiyyətə təqdim olundu. Yarışların dəqiq reqlamentinin olmaması bir çox mübahisə və söz-söhbətə səbəb oldu. 1970-ci ildə vaterpolun əsas qaydalarının işləyib tətbiq edilməsi üçün su oyunları üzrə professional bilicilərin yığılması haqda qərar alınmışdır.
Yalnız 1876-cı ildə Şotland mütəxəssisi Uilyam Uilson su polosunun 4 qaydasını ifadə etmişdir. Əsas diqqət oyunçuların sayına, topun ötürülmə üsullarına, meydançanın ölçülərində olan məhdudiyyətlərə, və yarış hakimlərin hərəkətlərinə yetirilirdi. Yalnız 1885-ci ildə İngiltərənin Üzgüçülük Federasiyası vaterpolu sərbəst fənn kimi rəsmi şəkildə qəbul etdi və oyun qaydalarını müəyyən etdi. Reqlament 5 il müddətində 1890-cı ilə qədər saxlanılırdı.
Ümumdünya tanınma su polosunu sürətli inkişafına və populyarlaşmasına təkan verdi. XX əsrin sonunda vaterpolun Beynəlxalq komitəsi təsis olundu. 1973-cü ildə qalibi Macaristan yığması olan Dünya Çempionatı keçirilmişdir. 1986-cı ildən başlayaraq qadın yarışları keçirilir. İlk dünya çempionları Avstraliya idmançıları oldu. Yalnız 2000-ci ildə qadınlar arası vaterpol Olimpiya Oyunlarının proqramına daxil oldu. Qaliblər yenə Avstraliya yığmasının nümayəndələri oldu.
Hal-hazırda dünya birinciliyi FİNA-nın başlığı altına keçirilir. 1979-cu ildən müntəzəm olaraq Dünya kuboku təşkil olunur. 2002-ci ildən başlayaraq vaterpol üzrə Dünya liqası keçirilir.
Azərbaycanda SU POLOSUNUN İNKİŞAFI
1928–ci il spartakiadasından sonra Bakıda “sinə üstə krol” idman üsulu meydana gəlir və inkişaf etməyə başlayır. O vaxt “sinə üstə krol” üsulu ilə güclü üzən nümayəndələr arasında Q. Cahangirovu və A Kolyadinovanı qeyd etmək olar.
“Krol” üsulunun qavranılması “su polosu” oyunun sürətlə inkişafına təsir etdi. Bu oyun üzgüçülük işi aparan bütün klublarda müəyyən maraq doğurdu və sürətlə inkişaf etməyə başladı.
1930-cu ilin yayında iyunun 8-dən 30-a kimi Moskvada şəhərlərarası Moskva, Leninqrad, Krım və Bakı idmançıları arasında su polosu üzrə şəxsi komanda yarışları keçirildi və Bakı komandası bu yarışda iştirak edir.
1934-cü ildə Bakıda “Nizami” adına parkda 50 metrlik hovuz, Bakı şəhəri icraiyyə komitəsinin nəzdində “Vodnik”, ”Dinamo” və yaxt-klub su stansiyaları açılır. Bu vaxt üzgüçülük, suya tullanma ilə yanaşı həm də su polosu üzrə yarışların sayı artmağa başlayır.
Azərbaycanın su polosu komandaları 1946-1947 ci illərdə keçmiç SSRİ birinciliyində iştirak edirlər və 6-cı yeri tuturlar.
1953-cü ildə SSRİ birinciliyində voterpolçular 4-cü yeri tuturlar.
1957-ci ildə su polosu üzrə Qırmızı bayraqlı Xəzər Donanması (QBXD) komandası Bolqariyada dörd görüş keçirmişdir. Həmin görüşdə komandamız rəqibləri üzərində böyük üstünlüyə malik olaraq Bolqar yığma komandası ilə oyunda inamlı qələbə qazanmışdır. Oyun 7:5 hesabı ilə QBXD komandasının xeyrınə qurtarmışdır.
1958-ci il Bakıda üzgüçülük və su polosu üzrə Azərbaycan və Çin Xalq Respublikasının yığma komandaları qarşılaşırlar. Bu yarış ÇXR və Azərbaycan xalqları arasında dostluq nişanı altında keçirilmişdi.
1958-ci ildə su polosu üzrə QBXD komandası ÇXR-da olmuşdur. Komandamız bütün görüşləri yüksək idman texniki səviyyəsində keçirərək, gözəl oyun nümayiş etdirmişdir.
1959-cu ildə Tbilisidə su polosu üzrə Azərbaycan yığma komandası (QBXD) Rumıniya yığma komandası ilə qarşılaşır. Oyun gərgin idman mübarizəsi ilə keçmiş və Rumın komandasının cuzi üstünlüyü 6:5 hesabı ilə qurtarmışdı.