Suya tullanma
Suya tullanma - müəyyən bir yüksəklikdən atlayıb, havada estetik hərəkətlər etdikdən sonra suya dimdik girməyə dayanan idman növüdür. Ümumiyyətlə balıqlama edilən atlayış əsnasında ayrıca müxtəlif gimnastika və akrobatika hərəkətləri həyata keçirilir.
Tramplen atlanma - Yarışmalarda tramplen atlanmaları, su üzündə 5 və 10 metr yüksəklikdəki sabit bir platformla 1 ya da 3 metr yüksəklikdəki elastik sıçrayış taxtasından edilir. Olimpiya oyunlarında ancaq 10 metrlik yüksəkliklə 3 metrlik sıçrayış taxtaları istifadə olunur. Yarışmalarda ən azından 3 hakim sıçrama,bədənin havadakı vəziyyəti,nəzərdə tutulan hərəkətin edilməsini,suya baş vurmanı nəzərə alaraq xal verirlər.Hər atlanma üçün verilən xallar toplanır çətinlik səviyyəsinə vurulur.11 atlanmadan sonra ən çox bal yığan idmançı birinci olur. Kişilərdə 5-i vacib,6-si sərbəst 11 atlayış,qadınlarda 5-i sərbəst və 5-i vacib olan 10 atlayış edilir.
Qüllə atlanma - Tramplendən fərqli olaraq,üzərindən atlanan platform tərpənən deyil və sudan yüksəkliyi 10 metrdir.
Yarışmalarda atlayışlar 5 qrupda həyata keçirilir;ayrıca ancaq sabit platformlarda əlüstü furuşla atlanmalar da edilir. Birinci qrupda yer alan idmançı üzü suya taxtanın və ya platformanın ucundan atlanar. İkinci qrupda kürəyi suya olan idmançı sıçrayaraq havada tərs mayallaq aşaraq suya baş vurar. Üçüncü qrupda üzü suya olan idmançı havada dönərək üzü tramplenə dönük vəziyyətdə suya daxil olar. Dördüncü qrupda platformanın ucundan üzü suya dönük olan idmançı atlandıqdan sonra havada dönərək yenə üzü tramplenə dönük vəziyyətdə suya daxil olar. Beşinci qruptadakı idmançı qeyri-adi hərəkətlə,bundan əvvəlki 4 qrupdakı hərəkətlərin brini edərək , eyni zamanda 3 dönüşlə birlikdə önə doğru 1 yarım mayallaq aşaraq suya daxil olur.
Siyahıda yer alan atlayışların çoxu 3 ayrı vəziyyətdə həyata keçirilə bilər. Bunlar düz,suya baş vuraraq və çömbəlmiş vəziyyətdə edilir. Birinci vəziyyətdə diz və ombalar düz tutulur. İkincisində diz düz tutulur,amma omba bədəndən önə doğru əyilir. Üçüncüsündə həm dizlər,həm də omba əyilir bədən bir topu xatırladır. Ən qarışıq hərəkətlər bu vəziyyətlərin hər hansınınsa birləşməsində yaranan vəziyyətlərdir.