Azərbaycan üzgüçüləri beynəlxalq turnirdən yüksək nəticələrlə vətənə döndülər.

13-16 aprel tarixlərində Macarıstanın Şopron şəhərində keçirilmiş Yeniyetmələr arasında beynəlxalq turnirdə iştirak edən Azərbaycanın yeniyetmələrdən ibarət milli komandası yarışları yüksək nəticələrlə başa vuraraq dünən vətənə dönüblər. Almaniya,  Fransa, Macarıstan, Slovakiya, Xorvatiya kimi güclü komandaların da mübarizə apardığı turnurdə üzgüçülərimiz 14 qizil medal, 8 gümüş medal, 10 burunc medal qazanıblar. Üzgüçülük Federasiyasının mətbuat xidməti milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanova istinadən məlumat verir ki, 18 idmançıdan ibarət komandanın üzvlərindən Məryəm Cavadova 3 qızıl, 1 gümüş medal, Oqtay Hüseynov 2 qızıl, bir gümüş, bir bürünc medal, Amin Orujli bir qızıl medal, Fərhad Şirməmmədli 1 qızıl, 2 gümüş, 1 bürünc medal,  Xumar Müstafayeva 1 qızıl, 1 bürünc medal, Daniyal Muhəmməd 2 qızıl medal, Anastasiya Boborkina 1 qızıl, 1 bürünc medal, Əbdürrəhman Rüstəmov 2 qızıl, 2 gümüş, 1 bürünc, Timur Beker 1 qızıl, 1 bürünc, Mehri Abdürrəhmanlı 1 gümüş medal, Vlastina Xasyanova 1 gümüş, 1 bürünc medal, Orxan Əliyev, Sura Katerina, Ramal Sadıqlı isə bürünc medal qazanıblar. 

Millinin baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə bu üzgülük üzrə çox mötəbər bir beynəlxalq turnir idi.

“Dünyanın su idman növlərinin ən inkişaf etmiş ölkələri bu yarışda iştirak edirdi. Bu idmançılarımız üçün böyük beynəlxalq təcrübə oldu. Üzgüçülərimiz bu turnirdə yaxşı nəticələr qazandılar. Bu onun göstəricisidir ki, federasiyanın su idman növləri üzrə strategiyası düzgün istiqamətdə inkişaf edir. Komandamızın bu yarışda iştirakına dəstək verdiyi üçün Azərbaycan Gənclər və İdman Nazirliyinə, Azərbaycan Üzgüçülük Federasiyasına minnətdarlığımızı bildiririk ” deyə R. Əbdürrəhmanov əlavə edib




Menyu
menyu