Azərbaycan Üzgüçülük Federasiyasının Prezidenti - Fətiyev Xanlar Nuru oğlu
Xanlar Nuru oğlu Fətiyev (15 yanvar 1972, Bakı) - Azərbaycan Respublikasının Milli Məclisinin IV, V və VII çağırış deputatı, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti.
Fətiyev Xanlar Nuru oğlu 1972-ci il yanvarın 15-də Bakı şəhərində anadan olub. Azərbaycan Memarlıq və İnşaat Universitetinin Sənaye və mülki tikinti fakültəsini bitirib. 1988-ci ildən «Aztransqaz» İstehsalat Birliyinin 2 saylı mexanikləşdirilmiş kolonunda fəhlə, usta işləyib. 1992-ci ildən «Betonçu» kooperativinin mühəndisi, sədri, 1994-cü ildən «Elruz» kiçik müəssisəsinin sədri, 1997- ci ildən «Avestas» firmasının baş direktoru, 2003-cü ildən «Aznur» Məhdud Məsuliyyətli Cəmiyyətinin baş direktoru, 2004–2011-ci illərdə Gəncə Avtomobil Zavodunun direktoru vəzifələrində çalışıb.
Hazırda Gəncə Avtomobil Zavodu İstehsalat Birliyi Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının üzvüdür.
Azərbaycan Respublikasının Milli Məclisinin deputatı, Azərbaycan-Avstraliya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, Aqrar siyasəti və
Regional məsələlər komitələrinin üzvudür.
Müstəqil Dövlətlər Birliyinin iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası və Azərbaycan Respublikası Milli Məclisi və Rusiya Federasiyası Federal Məclisi Dövlət Dumasının parlamentlərarası əməkdaşlıq komissiyalarının üzvüdür.
Azərbaycan Üzgüçülük Federasiyasının prezidentidi.
Ailəlidir, 2 övladı var