Üzgüçülük idman növü üzrə Azərbaycan açıq qış çempionatı başa çatdı


Dünən Su İdman Sarayında təşkil olunan Üzgüçülük idman növü üzrə Azərbaycan açıq qış çempionatı başa çatıb . Beynəlxalq Üzgüçülük Federasiyasının, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin, Azərbaycan Üzgüşülük Federasıyasının Nizamnaməsinə və təsdiq olunmuş əsasnaməsinə uyğun olaraq keçirilən birincilikdə Azərbaycanın 15 müxtəlif klub və idman cəmiyyətlərindən 3-cu idman dərəcəsi olan 140-a yaxın idmançı öz güclərini sınayıblar. Onlar 50, 100, 200, 400, 800 və 1500 metr məsafədə sərbəst üsullarda, 50,100, 200 metr məsafələrdə arxası üstə, brass və batterfley üsullarda mübarizə aparıblar. Azərbaycan Üzgüçülük Federasiyası, Su İdman Sarayı, 1st Fitness, ÜGİM Xətai, Azərbaycan Avropa Məktəbi, Paraolimpiya Komitəsi, Azərbaycan Üzgüçülük Klubu, AURA sağlamlıq Mərkəzi, FHN idman klubu, Kristal üzgüçülük klubu, Sərhədçi İdman Olimpia Kompleksi, Şua sağlamlıq mərkəzi, ÜGİM Sumqayıt, Respublika UGİM-dən yarışa qatılan idmanşılardan başqa yarışın nizamnəməsinə uyğun olaraq İran İslam Respublikasının klub üzgüçüləri də iştirak edibər. 3 gün keçirilən Azərbaycan açıq qış çempionatda Məryəm Şeyxəlizadəxangah, Ramil Vəlizadə, Rəşad Alquliyev, Vəli İsrafilov, Fatimə Alkərəmova, Əbdürrəhman Rüstəmov, Ayan Kələntərova və Nihad Yusibov  kürsünün ən yüksək pillələrində yer alıblar. Sumqayıt  ÜGİM-ın yetirməsi olan N.Yusibov idman ustası normativini yerinə yetirib. 

Yarışın sonunda qaliblər Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi tərəfindən müvafiq diplom və xatirə hədiyyələri ilə təltif olunublar.



Menyu
menyu