Üzgüçülük üzrə yığma komandanın 2 üzvü treninqdə iştirak edib.

Yaxın vaxtlarda istifadəyə veriləcək müasir tələblərə tam cavab Gəncə İdman Sarayında beynəlxalq standartlara uyğun olan üzgüçülük hovuzu da fəaliyyət göstərəcək. Sözügedən hovuzda beynəlxalq və yerli turnirlərin təşkil oluna bilməsi üçün vaxt ölçən cihazlar quraşdırılır. Bununla bağlı İsveçrədən cəlb olunan mütəxəssislər Gəncə şəhərində treninq keçiriblər. Sözügedən təlimdə Azərbaycan Üzgüçülük Federasiyası tərəfindən Üzgüçülük üzrə yığma komandanın 2 üzvü - Səid Həmidov və Timur Beker vaxt ölçən cihazların quraşdırılması, işləmə prinsipi və istifadəsinə dair məlumatları mənimsəmələri üçün ezam olunublar. İdmançılarımız treninqi uğurla başa vurublar.


Menyu
menyu