Üzgüçülərimiz beynəlxalq yarışda güclərini sınayıblar.

Azərbaycan üzgüçüləri növbəti beynəlxalq yarışdan vətənə dönüblər. İdmançılarımız  22-24 mart 2024-cu il tarixlərində Turkiyənin Edirne şəhərində Üzgüçülük üzrə “5-ci Edirne Cup” Beynəlxalq Yarışında iştirak ediblər. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə yarışda 6 ölkədən - Türkiyə, Azərbaycan, Yunanıstan, Moldova, Portuqaliya, Livandan olan  300-ə yaxın güclü idmançının iştirakı ilə baş tutan mötəbər turnirdə Azərbaycan Milli Yığma komandası 5 məşqçi və 10 idmançı ilə təmsil olunub. Üzgüçülük üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanovun sözlərinə görə gərgin keçən yarışlarda yığma komandanın üzvləri yaxşı nəticələr göstərərək həm şəxsi, həm də ölkə rekordlarını yeniləyiblər.



Menyu
menyu