Azərbaycan idmançıları Rusiyada üzgüçülük üzrə turnirdə 9 medal qazanıblar

Azərbaycan üzgüçüləri Rusiyada Universitetlər arasında keçirilən “Rektor Kuboku” yarışlarında yüksək nəticələr göstəriblər. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətinin verdiyi məlumata görə Rusiyanın Kazan şəhərində 04-05 may tarixlərində keçirilən turnirdə üzgüçülərimiz ümumilikdə 2 qızıl, 4 gümüş, 3 bürünc medal qazanıblar. Həftəsonu 50 metrlik “Burevestnik” üzgüçülük hovuzunda Rusiyanın 32 regionundan 1084 idmançı və Azərbaycandan olan komanda, o cümlədən 15 universitet komandası yarış mükafatları uğrunda yarşıblar. İlk gündə idmançılar beş yaş qrupu üzrə 75 mükafat dəsti uğrunda mübarizə aparıblar. Azərbaycan üzgüçüsü Əbdürrəhman Rüstəmov 200 m ve 50 m batterflyay   usulunda qizil medal, Alkərəmova Fatimə isə 100 m sərbəst üsulda bürünc medala sahib olublar. Yarışların ikinci günündə də idmançılarımız yüksək nəticələr göstəriblər. Belə ki, Əbdürrəhman Rüstəmov 100 batterflyay üsulunda 2 ci yer, 200 m qarışıq usulda 2 ci yer, 200 m sərbəst üsulda 2 ci yeri qazanıb. Digər idmançımız Rəşad Alquliyev 200 m qarışıq üsulda bürünc medalla kifayətlənib. Xanım üzgüçümüz Fatimə Alkərəmova isə 200 m sərbəst üsulda 2 ci, 200 m qarışıq üsulda isə 3 –cü yerə sahib olub.


Menyu
menyu