Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinin qalibləri məlum oldu.
Bakıda Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi ölkələr arasında “Üzgüçülük hamı üçün” layihəsinin final mərhələsinə start verilib. Yarışın açılış mərasimində çıxış edən gənclər və idman naziri Fərid Qayıbov turnir iştirakçılarına uğurlar arzulayıb və yarışı açıq elan edib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Azərbaycan Üzgüçülük Federasiyasının birgə əməkdaşlığı ilə Bakı Su İdmanı Sarayında iki gün davam edən turnirdə Azərbaycan, Türkiyə, Qazaxıstan və Şimali Kipr Türk Respublikalarının komandalarının 15 müxtəlif yaş kateqoriyası üzrə (9 yaşdan aşağı, 9-10 yaş, 11-12 yaş, 13-14 yaş, 15-16 yaş, 17-19 yaş, 20-24 yaş, 25-29 yaş, 30-34 yaş, 35-39 yaş, 40-44 yaş, 45-49 yaş, 50-54 yaş, 55-59 yaş və 60 yaşdan yuxarı) iştirakçıları mübarizə aparıblar.
Azərbaycan Üzgüçülük Fderasiyasının mətbuat xidmətindən verilən məlumata görə ilk günün nəticələrinə görə 30-34 yaş kateqoriyasında qadınlar arasında Kaba Yurdanur birinci, Tubu Əbdülzadə ikinci yerlərə layiq görülüblər. Kişilər arasında Bugra Karahan birinci olub. Darya Özkök yarışı ikinci, Kemal İsmaloğlu üçüncü pillədə başa vurublar. 35-39 yaşlı qadınlar arasında Sanem Tanlı fəxri kürsünün ən yüksək pilləsində yer alıb. Duyğu Gizem Çelikçeken ikinci, Tububa Aktaş və Gül Yaman üçüncü yerlərə layiq görülüblər. Kişilər arasında Yahya Vural Kaya, Emil İbrahimov və Elçin Bəkirov fərqləniblər. 40-44 yaşlı qadınlar arasında Nataliya Mordasova, Günay Hacıyeva, Olqa Maynitskaya fərqləniblər. Kişilər arasında Ramil Məmmədov və Mehdi Qafarov birinci yeri tutublar. 50-54 yaşlı qadınlar arasında Alyona Süleymanova birinci olub. Kişilər arasında Bora Babaoğlu yarışı birinci pillədə başa vurub. Rüfət Ələmdarov və İlqar İsmaylov ilk üçlüyü tamamlayıblar. 55-59 yaşlı qadınlar arasında Eser Ayşe Öncer birinci olub. Kişilər arasında Azər Babayev və Nazim Məmmədov müvafiq olaraq birinci və ikinci yerlərə layiq görülüblər. 60 yaşdan yuxarı qadınlar arasında Alyona Tumçenko və Nesrin Arslan fərqləniblər. Kişilər arasında Pyotr Kuvşinov, Mehmet Yucebilgic, Elşən Məmmədov ilk üçlükdə qərarlaşıblar.
Yarışların 2-ci günündə isə yaşı 9 dan 29 –a olan üzgüçülər güclərini sınayıblar. Gərgin mübarizə şəraitində keçən yarışlarda 9-10 yaşlı qızlar arasında Nərmin Ramazanova 1-ci, Veranika Navatojina 2-ci, Nilufər Həmidzadə isə 3-cü yerə layiq görülüb. O yaş qrupunda oğlanların mübarizəsində isə Taylan Özgür Uzun 1-ci, Abbas İbarimov 2-ci, Yusif İsmayılov isə 3-cü yerə layiq görülüb.
11-12 yaş qruplarında oğlanlar arasında Tunc Uçan, qızlar arasında isə Emine Doğa Aktaş qızıl medallara layiq görülüblər. 13-14 yaş qrupunda isə qızalr arasında Slepenko Aleksandra, oğlanlar arasında isə Selcuk Belker Ertürk qalib olaraq birinci pillədə yer alıblar.
15-16 yaş kateqoriasında oğlanlar arasında Timur Beker, qadınlar arasında Melisa Şahin, 17-19 yaşlarda qadınlar arasında Sudenas Çakmak, kişilər arasında Yığıt Kıvrık, 20-24 yaşlılarda qadınlar arasında Alina Kostenka, kişilər arasında isə Doğunan Demir qızıl medalları qazanıblar. 25-29 yaş kateqoriyalarında isə qadınlar arasında Hürü Əlicanova, kişlər arasında isə Buğra Buba birinci pillədə yer alıblar.
Qaliblərin mükafatlandırılması mərasimində Azərbaycan Respublikasının gənclər və idman naziri Fərid Qayıbov, Azərbaycan Respublikasının gənclər və idman nazirinin müavini Mariana Vasileva, Azərbaycan Üzgüçülük Federasiyasının prezidenti Xanlar Fətiyev, Şimali Kipr Türk Respublikasının Üzgüçülük Federasiyasının prezidenti Mustafa Abitoğlu, Şimali Kipr Türk Respublikasının “İdman hamı üçün”federasiyasının prezidenti Selim Topel Koçak və Türkiyə Respublikasından nümayəndə qismində Hakan Bebek, Ceyda Şimşek, Nail Polat iştirak edirdi.