Azərbaycan üzgüçülüləri beynəlxalq yarışa uğurla start veriblər.

Azərbaycan üzgüçüləri beynəlxalq turnirdə yüksək nəticələrə imza atırlar. Saxa Respublikasının Yakutiya şəhərində keçirilən "Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarında mübarizə aparan üzgüçülərimizdən Süleyman İsmayılzadə 1500 metr məsafədə sərbəst üsulla gümüş, 200 metr məsafəyə batterflay üsulla bürünc medallar qazanıb. Azərbaycan Üzgüçülük Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə Azərbaycan Gənclər və İdman Nazirliyinin dəstəyi ilə bu  beynəlxalq yarışda ölkəmizi üzgüçülük idman növü üzrə milli komandanın üzvləri İdman ustası Oqtay Hüseynov, İdman Ustası Süleyman İsmayılzadə, Vlastilina Xasyanova, Xumar Mustafayeva təmsil edirlər.

"Asiya uşaqları" VIII Beynəlxalq İdman Oyunlarının üzgüçülük üzrə yarışları 28 iyun-4 iyul tarixlərinədək davam edəcək.

 



Menyu
menyu