Üzgüçülük üzrə Azərbaycan milli komandasının baş məşqçisi ASAPES tələbələri üçün seminar keçirdi
Bakı Su İdmanı Sarayında Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının (ASAPES) üzgüçülük üzrə "Məşqçilik" ixtisasının tələbələri üçün seminar keçirilib. 30-dan çox tələbənin iştirak etdiyi seminarı əməkdar məşqçi, dosent, beynəlxalq kateqoriyalı hakim, üzgüçülük idman növü üzrə milli komandanın baş məşqçisi Rəşad Əbdürrəhmanov aparıb.
Tələbələrə yarışların əsas hissəsi üzrə təlimlər keçilib və onlar martın 11-dən 13-dək hakim-təcrübəçi kimi üzgüçülük üzrə Azərbaycanın açıq qış çempionatında praktikada olacaqlar.