Azərbaycan Üzgüçülük Federasiyası” İB-nin akkreditasiyası təsdiqlənib
Gənclər və İdman Nazirliyinin növbəti Kollegiya iclası keçirilib.İ clasda ölkə ərazisində yayılan idman növlərinin və fənlərinin tanınması, ictimai birliklərə respublika idman federasiyası statusunun verilməsi haqqında xüsusi komissiyanın arayışı müzakirə edilib.
Kollegiyanın qərarına əsasən, “Azərbaycan Üzgüçülük Federasiyası” İB, “Azərbaycan Velosiped İdmanı Federasiyası” İB, “Azərbaycan Respublikasının Atçılıq Federasiyası” İB, “Azərbaycan Respublikası Həndbol Federasiyası" İB, “Azərbaycan Boks Federasiyası” İB, “Azərbaycan Kanoe və Avarçəkmə Federasiyası" İB akkreditasiyaları təsdiqlənib