Üzgüçülərimiz beynəlxalq turnirin 3-cü günündə də medallar qazanıblar (FOTO)

Üzgüçülük üzrə Azərbaycan milli komandasının üzvləri Çexiyanın Ostrava şəhərində keçirilən beynəlxalq turnirdə uğurlu çıxışlarını davam etdiriblər.

Yarışın 3-cü günündə bütün komanda ilə finala vəsiqə qazanmağı bacaran komanda üzvlərindən Ramil Vəlizadə 100 metr məsafədə batterfley üsulunda 54.52 nəticə ilə kürsünün 3 cü pilləsinə yüksəlib və bürünc medal qazanıb.

Azərbaycan Üzgüçülük Federasiyasiyasını mətbuat xidmətindən verilən məlumata görə, 100 mert batterfley üsulunda finala vəsiqə qazanan Məryəm Şeyxəlizadəxangah isə 1.02.25 nəticə ilə güclülər sırasında ilk üçlükdə yer alıb və sayca 3-ci bürünc medalı qazanıb.

Məlumat üçün bildirək ki, hazırda millimizin aktivində 5 medal var



Menyu
menyu